|
Xazar Forum
Həftəlik ulduz falı
|
Xazar-da RSS-dən istifadə
RSS nədir?
RSS ingiliscə Really Simple Syndication termininin müxtəsər ifadəsi (abbreviatura) olaraq sadələşdirilmiş informasiya sistemi deməkdir. RSS internet oxucularını ən yeni məqalə və məlumatlarla təchiz etmək imkanı yaradan bir texnologiyadır.
Başqa sözlə bizim səhifəmizdə dərc olunan hər bir yeni məlumat əgər sizin maraq dairənizə aiddirsə həmin məlumat dərhal kompüterinizə köçürülür. Mahiyətcə bu sistem elektron poçtdan istifadə olunmasını çox xatırladır.
RSS-dən necə istifadə edə bilərsiniz?
İlk addım olaraq sizə News Reader (yəni xəbər oxucusu) proqramını kömptürinizə yükləmək lazımdır. Bu proqram mütəmadi olaraq Xazar.com-un səhifələrini nəzərdən keçirir və sizin marağınıza cavab verən xəbər və məqalələri diqqətinizə çatdırır. Bu proqramın müxtəlif versiyaları mövcüddur və siz onları internetdə axtarıb tapa bilərsiniz. Bu haqda internetdə ətraflı məlumat mövcüddur. News Reader proqramını tapmaq üçün Google saytından istifadə edə bilərsiniz. News Reader proqramları arasında ən optimalı Omea proqramıdır. Omea pulsuz və istifadədə asandır.
|
|